AZ

Arvadının başını kəsib - Tükürpədici hadisənin DETALLARI

Sumqayıt şəhərində törədilən qətl hadisəsinin təfərrüatı məlum olub.

Musavat.com xəbər verir ki, Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə şəhərin Kimyaçılar qəsəbəsi, Cənub küçəsindəki nömrəsiz evdə baş verib.

1987-ci il təvəllüdlü İlkin Atakişiyev yaşadığı evə gələrək həyat yoldaşı, 1989-cu il təvəllüdlü Yeganə Atakişiyeva ilə mübahisə edib.

Mübahisə nəticəsində İ.Atakişiyev əvvəlcə həyat yoldaşını döyüb. O, daha sonra mətbəx bıçağı ilə Y.Atakişiyevanın başını kəsib.

Həyat yoldaşını qətlə yetirən İ.Atakişiyev daha sonra özünün boğazını kəsərək intihar edib.

Seçilən
39
8
musavat.com

10Mənbələr