AZ

Navalnının öldüyü kameradan ŞOK GÖRÜNTÜLƏR

 

Korrupsiyaya Qarşı Mübarizə Fondu (FBK) siyasətçi Aleksey Navalnının öldüyü 16 saylı kameranın görüntülərini ilk dəfə ictimaiyyətə təqdim edib. 

Musavat.com xəbər verir ki, kameranın döşəməsində qusma izləri görünür.

Navalnının həyat yoldaşı Yuliya Navalnaya bildirib ki, məhz bu kamerada onun əri “qıcolmalar içində əzab çəkib, təhlükəsizlik əməkdaşı isə reşotkanı və qapını bağlayıb gedib”.

Onun sözlərinə görə, kamerada üç videokamera olub, lakin həmin gündən olan bütün yazılar itib:

"Görünür, həmin qeydlərdə rəsmi versiya ilə uyğun gəlməyən nəsə var".

Musavat.com

Seçilən
57
musavat.com

1Mənbələr