Havaların soyuq olduğu və fəsil dəyişikliyi olduqda viruslarda qaçınılmaz olur. Bu viruslara da ilk yoluxanlardan biri uşaqlar olur. Bu zaman onların halı dəyişir, əsasən isə güclü qızdırmaları olur. Valideyinlər bir çox hallarda qızdırmanı aşağı salmaqdan ötəri müxtəlif dozalı dərman peraparatlarından istifadə edir. Ancaq buda çox zaman özüylə birgə əks təsirlər yaradır.
Valideyinlər uşaqalarını bu xəstəliklərdən qorumaq üçün nələrə diqqət etməlidirlər?
AzEdu.az-a mövzu ilə bağlı pediatr Günay Rəsulova danışıb.
O qeyd edib ki, qızdırmanı düşürəcəm deyə bu təhlükəli addımı atmayın:
"Qızdırma səbəbiylə ağırlaşan çox uşaqlar olduğu üçün ehtiyatlı olmaq lazımdır. Fərqli adda, amma eyni tərkibdə dərmanların siyahısını təqdim edirəm. Parasetamol tərkibdə bu dərmanları eyni vaxtda verməyin: Panadol, Cefekon D şam, Supofen sirop, Supofen şam, Paraferin sirop, Tylol sirop həmçinin, ibuprofen, Nurofen, İbufen, İbupren,Kendo, Paidofebril və s. tərkibdə bu dərmanları eyni vaxtda vermək düzgün deyil. Kiçik yaş uşaqlara tablet, böyük yaşlara da şam istifadə etməyin".