AZ

"Bakı Kart"ın rəhbəri dəyişdi

Bakıda ictimai nəqliyyatda istifadə olunan "Bakı Kart"ın operatoru - "K Group" MMC-nin direktoru Məmməd Allahverdiyev işdən çıxıb.

News24.az APA-ya istinadla xəbər verir ki, şirkətə rəhbərlik Rüfət Babakişiyevə həvalə olunub.

Xatırladaq ki, "K Group" 2014-cü ildə yaradılıb. Şirkətin nizamnamə kapitalı 12,5 milyon manatdır.




Seçilən
98
30
news24.az

10Mənbələr