Konkret.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
Karantin rejiminin bitməsinə az qalmış quru sərhədlərin açılıb-açılmayacağı məsələsi yenidən gündəmə gəlib. Maraqlıdır, quru sərhədlər açıla bilərmi?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, sərhədlərin bağlı qalması artıq ölkə iqtisadiyyatı üçün mənfi təsirlərə səbəb olur:
“Əslində quru sərhədlərin açılması vacibdir. Artıq bu, Azərbaycanın turizminə, iqtisadi potensialına ziyan vuran amilə çevrilib. Hansısa formal olaraq pandemiyanın davam etdiyini söyləyərək sərhədləri qapalı saxlamaq doğru deyil. Dünyada sərhədləri bağlı olan ölkə də qalmayıb. Çox ümid edirəm ki, bu məsələ həllini tapacaq. Quru sərhədlərin açılması həm turizmin inkişafına, həm sərhədyanı ticarətin genişlənməsinə, ümumilikdə isə iqtisadi münasibətlərə ciddi müsbət təsir göstərə bilər”.
Ekspertin sözlərinə görə, yaxın vaxtlarda bu istiqamətdə addımların atılması istisna deyil.
Aynurə İsmayıl
KONKRET.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.