AZ

Azərbaycanın xidmətlər balansında təxminən 1 milyard dollarlıq kəsir yaranıb - Mərkəzi Bank

2025-ci ilin ilk 6 ayında Azərbaycan xidmətlər balansında təxminən 1 milyard ABŞ dolları həcmində kəsir yaranıb ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 5,7% azdır.

Finss.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının Statistika departamentinin direktoru Samir Nəsirov tədiyə balansının təqdimatına həsr olunmuş brifinqdə məlumat verib.

S. Nəsirovun sözlərinə görə, kəsiri əsasən neft-qaz sektorunda tikinti və digər işgüzar xidmətlər formalaşdırıb. Lakin o qeyd edib ki, nəqliyyat xidmətləri daimi profisitlə işləyir. Bu dövrdə nəqliyyat xidmətlərinin profisiti 856 milyon dollar təşkil edib. Buraya Bakı-Tbilisi-Ceyhan (BTC) və Cənubi Qafqaz Boru Kəməri (CQBK) ilə tranzit, həmçinin sərnişin daşımalarından əldə olunan gəlirlər daxildir.

Turizm xidmətləri də profisitlidir. S. Nəsirov bildirib ki, turizm xidmətlərinin profisiti bu dövrdə təxminən 194 milyon dollar təşkil edib.

Fuad Mədətov
Finss.az

Seçilən
32
1
fins.az

3Mənbələr