AZ

Merz Putini Avropada sabitliyi pozmaqda ittiham edib

ain.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiya Vladimir Putinin rəhbərliyi altında sistemli şəkildə Avropa ölkələrində sabitliyi pozmağa çalışır.

Bizimyol.info xəbər verir ki, bunu Almaniya kansleri Fridrix Merz 2025-ci il büdcəsinin bugünkü müzakirəsi zamanı deyib.

“Putin çoxdan bizim özümlülük limitlərimizi sınayır, sabotaj edir. Casusluq edir, öldürür, inamı sarsıtmağa çalışır. Rusiya cəmiyyətlərimizdə sabitliyi pozmaq istəyir. Eyni zamanda rusları digər dövlətlərə və xalqlara qarşı qoymaqla hakimiyyətini uzatmaq üçün çalışır”, - deyə Merz bildirib.

Kansler qeyd edib ki, Almaniya Ukraynanın kapitulyasiyasını qəbul edə bilməz, çünki bu, Putini yalnız növbəti aqressiv addımlar atmağa təşviq edəcək. "Bu, yalnız Putini növbəti hədəf axtarışına çıxmasına həvəsləndirəcək", - deyə o vurğulayıb.

Merz əlavə edib ki, Rusiya təhlükəsinə qarşı durmaq üçün təkcə ölkənin müdafiəsini gücləndirmək deyil, həm də müttəfiqləri və tərəfdaşları daha da birləşdirmək vacibdir.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
28
icma.az

1Mənbələr