AZ

3 evim var idi, qızlarıma hədiyyə etdim Hüseyn

ain.az, Azxeber.com portalına istinadən məlumatı açıqlayır.

"3 evim, 1 avtomobilim var idi, qızlarıma hədiyyə etdim".

AZXEBER.COM xəbər verir ki, bunu klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu deyib.

"Günə uğurla" verilişində qonaq olan musiqiçi, ilk evliliyindən olan qızlarından danışıb:

"İndiyə kimi 3 evim olub. Onları da qızlarıma hədiyyə etmişəm. Bir avtomobilim var idi, onu da onlara vermişəm. İstəyirəm ki, onlar daha gözəl həyat yaşasınlar. Halal xoşları olsun. Allah onları qorusun, qızlarım mənim ürəyimdir. Mənim daha şəhərdə evim yox idi, heç kəs bilmədi amma mən bir müddət  kənddəki evimdə yaşadım. Allaha şükür ki, artıq şəhərdə evimiz var".

Qeyd edək ki, Hüseyn Məhəmmədoğlunun ilk evliliyindən iki qızı var. Hazırda aktrisa Aysel İbrahimova ilə ailəli olan Hüseynin Məhəmməd adlı oğlu dünyaya gəlib.

Aysel

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
53
azxeber.com

1Mənbələr