AZ

Kirayə pulunu klubdan ala bilməyən məşqçi Azərbaycandan ayrıldı

Yayda Azərbaycanda işə başlayan türkiyəli məşqçi Samet Aker Yılmaz artıq vətəninə dönüb.

«Şəki» ilə birillik müqavilə imzalamış qapıçılar üzrə mütəxəssis qarşılıqlı razılıq əsasında kontraktını pozub.

O, deyə-gülə klubu tərk etməyib. Tərəflər arasında ciddi narazılıq yaranıb.

Məsələ ondadır ki, «Şəki»nin yeni rəhbərliyi Yılmaz qarşısında götürdüyü öhdəliyi yerinə yetirməyib.

Bəhmən Həsənovun köməkçisinə Bakıda ev tutulsa da, kirayəhaqqı ödənilməyib. Mənzilin sahibi 2 aylıq pulu verə bilmədiyi üçün ona qapını göstərib.

Məşqçi bu barədə funksionerləri məlumatlandırıb, di gəl, onlardan yenə tərpəniş görməyib. Belədə Yılmaz ölkəsinə dönmək istədiyini deyib və dönüb.

Bu, II Liqada mübarizə aparan klubla bağlı ilk qalmaqal deyil.

Futbolçular da yeni sponsordan şikayətçildir. Yaxınlarda bir qrup futbolçu redaksiyamıza müraciət edərək, əməkhaqlarının tam şəkildə ödənilmədiyini bildirib.

SPORTİNFO.AZ

Seçilən
27
sportinfo.az

1Mənbələr