AZ

ABŞ 200 il əvvəlki doktrinasına geri QAYIDIR Dünya tarixi dəyişikliyin ASTANASINDA

ain.az, Bizim media portalına istinadən məlumat verir.

Pentaqon ABŞ-ın yeni hərbi doktrinası üzərində işləyir. Mətbuata sızan məlumata görə, yeni doktrinada ABŞ dünya jandarmı iddialarından imtina edəcək, yalnız Şimali və Cənubi Amerikanı özünün həyati maraq zonaları sayacaq. Bu faktiki olaraq ABŞ-ın yenidən Monro doktrinasına qayıtması deməkdir. Qeyd edək ki, Tramp hakimiyyətə gələn kimi, Kanada və Qrenlandiyanın Amerikaya birləşdirilməsi məsələsini gündəmə gətirdi. Bundan başqa Panama kanalı üzərində nəzarəti yenidən ələ almaq üçün bu ölkəyə təzyiq etdi və nəticədə müəyyən dərəcədə öz istəyinə nail oldu. İndi də Tramp narkotrafiklə mübarizə adı ilə Venesuelaya da təzyiq etməyə çalışır.Xatırladaq ki, “Monro doktrinası”nın əsası 1823-cü ildə o zamankı prezident Ceyms Monro tərəfindən qoyulub. Bu dokrtina İspaniyanın Amerikadakı keçmiş müstəmləkələrində öz ağalığını yenidən bərpa etmək istəyinə qarşı irəli sürülmüşdü. Ona əsasən ABŞ Avropaın daxili işlərinə qarışmayacağına təminat verir, əvəzində Avropadan Amerika dövlətlərinin daxili işlərinə qarışmamağı tələb edilirdi. Yəni Vaşinqton həmin doktrina ilə “Amerika amerikalılar üçün” ideyasını ortaya atmaqla bu qitəni öz nəzarəti altına almağı nəzərdə tuturdu.Beləliklə, görünən odur ki,  Tramp adminstrasiyası ABŞ xarici siyasət xəttini dəyişir. Bundan sonra Vaşinqtonun diqqət mərkəzində ancaq Amerika qitəsi olacaq.Bu dünya siyasətini necə dəyişəcək?Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politooq Zərdüşt Əlizadə bildirir ki, ABŞ son zamanlar xeyli zəifləyib:“Onun dövlət borcu əvvəlki tək böyük işlər həyata keçirməyə imkan vermir. Ona görə də əsas diqqətini yalnız Amerika qitəsinə yönəldəcəyi gözləniləndir. Amma onun bu qitədə uğur qazanacağı da şübhəlidir. Çünki Çin də sözügedən regionda möhkəmlənir. Digər tərəfdən, çətin ki, Kanada, Meksika və digər qitə ölkələri ABŞ-ın hegemonluğunu qəbul etsinlər. Nəticədə ABŞ öz siyasətini gerçəkliyə uyğunlaşdırmağa məcburdur”.Bununla yanaşı, müsahibimiz ABŞ-ın digər bölgələrdən əl çəkəcəyini də düşünmür:“ABŞ dünyanın bütün qitələrində ən çox və ən böyük hərbi bazalara malikdir. Bundan onlar çətin ki, imtina etsinlər”.Politoloq qeyd edir ki Çin öz təsir dairələrini gücləndirməkdə davam edəcək:“Hazırda dünyada Çin güclənir. O öz təsirini hərbi yolla deyil, iqtisadi, siyasi, texnoloji, elmi yollarla gücləndirir. Elmi patentlərin, ixtiraların sayına görə Çin artıq dünyada birincidir. Çin Asiya qitəsində, Afrikada, hətta Amerika qitəsində belə tədricən qüvvətlənir. Pekinin əsas dərdi Tayvan adasıdır ki, onu birləşdirmək üçün də Rusiya kimi müharibəyə əl atmayacaq. Bundan başqa, Avropa İttifaqı, Yaponiya, Cənubi Koreya kimi güc mərkəzləri də var.Postsovet məkanında isə həmsöhbətimizin fikrincə, 1956-cı ildən başlanan proses davam edəcək: “Əvvəlcə SSRİ zəifləyərək, süquta uğradı.İndi də Rusiyanın anoloji tənəzzülü davam edir. Nəticədə Rusiya getdikcə zəifləyəcək. Ukraynada apardığı müharibə onun son səfeh addımıdır. Rusiya postsovet məkanında heç bir birlik yarada bilməyəcək, çünki nümunə olacaq dövlət deyil”.Rüfət Sultan, Bizim.Media   

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
28
1
bizim.media

2Mənbələr