AZ

Bu dəfə "Qarabağ" məşhur Türkiyə serialında - VİDEO

Ötən gün “Qarabağ”ın "Benfika”ya 2:3 hesabı ilə qalib gəlməsindən sonra sosial şəbəkələrdə çoxsaylı yumoristik videolar hazırlanıb.

Ölkə.Az xəbər verir ki, azarkeşlər “Ezel” serialının bir səhnəsində bir səhnəsində obrazların üzərinə “Benfika”, “Qarabağ” və “Fenerbahçe” klublarının loqolarını yerləşdirib.

Sözügedən səhnədə "Kəlbətin Əli"nin (“Qarabağ”) digər gəncin - “Fenerbahçe”nin qisasını alması öz əksini tapıb.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab matçında "Fənərbahçe" səfərdə Portuqaliya təmsilçisi "Benfika" ilə qarşılaşıb. Kadıköydə qolsuz keçən ilk oyundan sonra Lissabonda baş tutan cavab matçında Türkiyə təmsilçisi 1:0 hesabı ilə məğlub olub.

“Qarabağ”ın ötən gün qalib gəlməsini “Fenerbahçe”nin qisası kimi qiymətləndirən çox sayda azarkeş var. Hətta sosial şəbəkələrdə Türkiyənin futbol səhifələri “Qarabağ”ın qalibiyyətini “təmsilçimiz” sözləri ilə paylaşıblar.

Billurə

Seçilən
32
1
olke.az

2Mənbələr