AZ

Navalnı koloniyada zəhərlənib? Xanımından iddia

ain.az bildirir, GlobalInfo portalına istinadən.

Mərhum rusiyalı müxalif siyasətçi Aleksey Navalnının həyat yoldaşı Yuliya Navalnaya ərinin koloniyada zəhərləndiyini iddia edib.

Globalinfo.az Teleqraf-a istinadən xəbər verir ki, o, 2024-cü ilin fevralında mərhum ərinin bioloji nümunələrini xaricə göndərib.

Navalnayanın sözlərinə görə, nümunələr Qərb ölkələrinin laboratoriyalarında araşdırılıb və nəticələr əsasında müstəqil laboratoriya Navlnının zəhərləndiyi qənaətinə gəlib.

Yuliya Navalnaya həmçinin vurğulayıb ki, Rusiya vətəndaşı Rusiyada ölüb və Qərb ölkələrinin bu iş üzrə cinayət işi açmağa hüquqi əsası yoxdur. O, ərinin nə ilə zəhərləndiyini açıqlamağı tələb edib.

Qeyd edək ki, bu gün Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov keçirdiyi mətbuat konfransında bu mövzu ilə bağlı jurnalistlərin suallarını cavablandırmaqdan imtina edib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
41
globalinfo.az

1Mənbələr