AZ

Portuqaliya mətbuatından "Benfika" - "Qarabağ" matçı ilə bağlı seçmələr

"Qarabağ" UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 1-ci turunda səfərdə "Benfika" üzərində tarixi qələbə qazanmasına Portuqaliya mətbuatının münasibəti böyük maraq doğurur. Matçın ilk 16 dəqiqəsində qapısında 2 qol görən Azərbaycan çempionunun parlaq geridönüşlə 3:2 hesablı zəfərə nail olması yerli medianın "qartallar"ı tənqid atəşinə tutmasını şərtləndirib.

Fanat.Az Portuqaliyanın aparıcı KİV-lərinin Lissabondakı oyun barədə yazdıqlarını diqqətinizə çatdırır:

"Record" qəzeti: "Benfika" Çempionlar Liqasının Liqa mərhələsinin 1-ci turunda evdə "Qarabağ"a 2:3 hesabı ilə uduzdu və matçın ardından baş məşqçi Brunu Laje qovuldu. Azarkeşlər tribunalarda ağ dəsmllar yelləməklə yanaşı, onu aşkar şəkildə tənqid etməyə də özlərində cəsarət tapdılar".

"Jornal de Notícias" qəzeti: "Brunu Lajenin çalışdırdığı kollektiv təcrübəsizlərə xas səhvlərə yol verdi və Çempionlar Liqasında ən münasib rəqiblərdən biri üzərində qələbə qazanmaq üçün çox gözəl fürsəti qaçırdı".

"Público" qəzeti: "Matçın ilk dəqiqələrində "Benfika"nın oyunu ideal təsir bağışlayırdısa, sonradan oyuna ağırlığını qoyan "Qarabağ"ın basqısı Portuqaliya komandasının planlarını yerlə bir etdi. "Benfika" azarkeşləri sevimli klublarının oyunundan açıq şəkildə narazı qaldılar və bunu ağ bayraq qaldıraraq bildirdilər. Hazırda Azərbaycan çempionatının turnir cədvəlində 7-ci pillədə yer alan, ilk dəiqəqələrdə pressinq tətbiqi ilə bağlı problem yaşadığı sezilən qonaqların "Benfika"ın son vaxtlar düşdüyü xəstəliklərə qarşı əlac olacağını düşünmək çətin deyildi. Amma birdən-birə hər şey əksinə oldu və "dərman" xəstəliyə çevrildi".

"Diário de Notícias" qəzeti: "Qarabağ" "Eştadiu da Luş"dakı Çempionlar Liqası oyununu "Benfika" üçün əsl kabusa çevirdi. Qonaqlar heç kimin gözləmədiyi halda, 3:2 hesablı qəlbə qazanaraq "qırmızılar"ın fanatlarının əsəblərini korladılar".

Nihat

Seçilən
14
1
fanat.az

2Mənbələr