AZ

AP rəhbəri Ukraynanın təhlükəsizliyinin əsas təminatını AÇIQLAYIB

Avropa Parlamentinin (AP) rəhbəri Roberta Metsola bildirib ki, Ukraynanın Avropa İttifaqına daxil olması özlüyündə respublikanın təhlükəsizliyinin təminatıdır.

Qaziler.az “Gazeta.ru”ya istinadla xəbər verir ki, onun Ali Radadakı çıxışı “YouTube”da yayımlanıb.

O, əmin edib ki, Avropa Parlamenti bu yolda Kiyevi tam dəstəkləyir.

"Avropa Birliyinə daxil olmaq özlüyündə təhlükəsizliyin qarantıdır və biz bu yolda birlikdə hərəkət edirik. Avropa sizin artıq əldə etdiyiniz irəliləyişlərə uyğun olmalıdır", - Metsola bildirib.

Qeyd edək ki, 2025-ci il sentyabrın 17-də Avropa Parlamentinin rəhbəri Metsola Kiyevə səfərə gəlib. AP rəhbəri bir neçə ildir ki, Ukraynanın Avropa İttifaqına daxil olmasının tərəfdarı kimi fəal şəkildə çıxış edir.

QAZİLER.AZ

Seçilən
22
qaziler.az

1Mənbələr