"Gecə çox yemək mədə-bağırsaq sağlamlığına zərər verir”.
News365.az xəbər verir ki, Səhiyyə Nazirliyinin qastroenteroloq mütəxəssisi Emin Məmmədov canlı yayımda mədə-bağırsaq traktının işləməsini stimullaşdıran qida qəbulundan danışıb.
O bildirib ki, bir çox insan gün ərzində kifayət qədər yemək qəbul etmir, lakin gecə böyük porsiyalarla qidalanır:
“Bu vərdiş qarın ətrafında piylənməyə səbəb olur, çünki bir oturuma çox yemək qəbul edilir. Bu, mədə-bağırsaq sağlamlığı üçün arzuolunan deyil”, – deyə E.Məmmədov qeyd edib.
News365.az