AZ

"Kristal" təzminat tələbi ilə məhkəməyə müraciət etdi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Kristal" təzminat tələbi ilə məhkəməyə müraciət edib.
Oxu.Az xəbər verir ki, "Kristal" sosial şəbəkədə "Park Yasamal" yaşayış kompleksi haqqında yayılan video ilə bağlı məhkəmə qaydasında müdafiəyə müraciət edib. Şirkət hesab edir ki, "Park Yasamal" yaşayış kompleksi barədə yayılan görüntülər tikinti işləri aparılan zaman çəkilmiş, hazırkı vəziyyəti əks etdirmir və "Kristal"ın işgüzar nüfuzuna zərbə vurub.
Cavabdeh şəxs - Fərid Hüseynvənd "Tik-Tok" platformasında paylaşdığı videoda şirkətə qarşı ittihamlar irəli sürüb.
"Kristal" şirkətinə ünvanlanan sorğuya cavab olaraq bildirilib ki, bu məsələ hüquqi müstəvidə öz həllini tapacaq:
"Sosial şəbəkədə Park Yasamal yaşayış kompleksinin sakini Hüseynvənd Fərid Nadir oğlu tərəfindən paylaşılan video barəsində onu deyə bilərik ki, video qərəzli şəkildə paylaşılıb, yalan və böhtan xarakteri daşıyır. Videodan göstərilən kadrlar tikinti və təmir işləri davam edən zaman çəkilib və hazırkı reallığı əks etdirmir.
Qərəzli yanaşmanın səbəbi ondan ibarətdir ki, hazırda "Park Yasamal" yaşayış kompleksində sakinlər üçün avtodayanacaqdan istifadə ilə bağlı ümumi qaydalar müəyyən edilib. Belə ki, avtodayanacaqdan istifadə üçün sakinlərə giriş kartları verilir və sakinlər boş olan istənilən yerdə maşın saxlama hüququna malik olur. Yalnız dayanacağa mülkiyyət hüququ olan sakinlər öz avtomobillərini ona aid yerdə saxlayılar. Adıçəkilən sakin isə dayanacağa mülkiyyət hüququ olmadan bizdən bir neçə dəfə yeraltı dayanacaqda xüsusi yer tələb edib. Kompleksdə yaşayan sakinlərin bərabərlik hüququnun qorunması məqsədi ilə ona xüsusi yer ayrılmasından imtina edilib. Bu səbəbdən həmin şəxs böhtan xarakterli video paylaşıb.
Videoda qeyd olunan irihəcmli yük maşınları və ərazi yaxınlığındakı beton zavodu ilə bağlı olan deyilənlərin isə "Kristal"la heç bir əlaqəsi yoxdur, bizim şirkətə və layihəyə aid deyil. Burada və ətraf ərazidə yaşayan sakinlərin istirahəti üçün tərəfimizdən gölətrafı ərazidə bulvar inşa ediləcək. Bu məqsədlə gölün suyu və ətrafının mütəmadi olaraq təmizlənməsi tərəfimizdən təmin edilir. Başqa bir şirkətə aid bu beton zavodunun fəaliyyəti bu istiqamətdə aparılan işlərin irəliləməsinə mane olduğuna görə həmin beton zavodunun ərazidən çıxarılması üçün müvafiq qurumlara müraciət edilib.
Bundan başqa, biz şirkət olaraq kənar səslərin bəzən qaçılmaz olduğunu nəzərə alaraq bütün mənzilləri yüksək səviyyədə yenilənmiş izolyasiya sistemi ilə təmin edirik. Pəncərə və şüşələrdə Avropa brendləri olan alüminium materiallardan istifadə edilir ki, həmin materialların kənar səsləri və şüaları dəf etmə xüsusiyyəti var.
"Kristal" olaraq, sakinlərimizin təhlükəsizliyi üçün lazımi tədbirlər həyata keçiririk. Belə ki, yaşayış kompleksi bütünlüklə müşahidə kamera sistemi ilə təmin edilib və xüsusi mühafizə heyəti tərəfindən 24/7 izlənilir və təhlükəsizlik təmin edilir. Binalara kənar şəxslərin girişinin qarşısının alınması məqsədilə bütün blokların girişində yeni nəsil üz tanıma sistemi ilə işləyən domofonlar quraşdırılıb.
Sözügedən şəxsin isə böhtan xarakterli paylaşımına görə şirkətimizin işgüzar nüfuzuna dəymiş zərərin ödənilməsi məqsədilə təzminat tələbi ilə aidiyyəti məhkəməyə müraciət edilib və bu məsələ hüquqi müstəvidə öz həllini tapacaq".
Həmçinin bildirilib ki, məhkəməyə təqdim edilən iddiada yayılan videonun mənfi təsirləri nəticəsində şirkətə həm maddi, həm də mənəvi ziyan dəyib.
Şirkət nümayəndələri bildirirlər ki, bu səbəbdən ümumi təzminat müəyyən edilib və məhkəmədən cavabdeh şəxsə qarşı iddianın təmin olunması tələb olunub.
Seçilən
37
1
oxu.az

2Mənbələr