AZ

Keçmiş hərbi hissə komandiri vəfat etdi - FOTO

Ehiyatda olan polkovnik-leytenat Həsənov Eldar Valeh oğlu vəfat edib.

News24.az xəbər verir ki, 78 yaşlı zabit ötən gecə dünyasını dəyişib.

Qeyd edək ki, Eldar Həsənov 1972 — 1991-ci illərdə SSRİ  Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının  taqım komandiri, bölük komandirinin müavini, böluk komandiri,  tabor qərargahının rəisi və tabor komandiri  vəzifəsində çalışıb. 

O, 1992 -1994 -cü illərdə  Azərbaycan ordusunun tərkibində Kəlbəcər özünümüdafə taborunun komandiri və Azərbaycan ordusunun döyüş bölgələrində yerləşən hərbi hissəsinin qərargah rəisi vəzifəsində calışıb.

Eləcə də, 1994-1995- ci illərdə  Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Bas İdarəsinin Binəqədi rayonunda  yerləşən hərbi hissəsində hərbi hissə komandirinin birinci müavini, hərbi hissə komandiri əvəzi və s. vəzifələrdə işləyib.


Seçilən
52
1
news24.az

2Mənbələr