AZ

Marko Yankoviç Kopenhagen ə qarşı oynaya biləcəkmi? SON DURUM

Fanat saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 1-ci turunda səfərdə "Benfika"nı 3:2 hesabı ilə məğlub edən "Qarabağ"ın yarımmüdafiəçisi Marko Yankoviçin son durumu bəlli olub.

Fanat.Az Ağdam təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Lissabondakı matçın 77-ci dəqiqəsində zədələnərək meydanı tərk edən monteneqrolu futbolçu bu gün tibbi müayinədən keçəcək.

Hərçənd həkimlərin ilkin rəylərinə əsasən Markonun zədəsi ciddi deyil və o, qitənin ən mötəbər klub turnirinin 2-ci turunda "Kopenhagen"ə qarşı oynaya biləcək.

Qeyd edək ki, "Qarabağ" - "Kopenhagen" qarşılaşması oktyabrın 1-də keçiriləcək.

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
20
1
fanat.az

2Mənbələr