AZ

Sığınacaq almaq üçün 52 mindən çox insan müraciət etdi

Avropa İttifaqı (Aİ) ölkələrində ilk dəfə sığınacaq üçün müraciət edənlərin sayı iyunda 52 265 nəfər olub.

Publika.az xəbər verir ki, bu barədə Avropa İttifaqının Statistika İdarəsinin (“Eurostat”) hesabatında bildirilib.

Bu, ötən ilin iyun ayı ilə müqayisədə 27 faiz, bu ilin may ayı ilə müqayisədə isə 5 faiz azdır.

İlin ikinci rübündə Aİ-də ümumilikdə 194 730 ilkin sığınacaq qərarı qəbul olunub. Onların 65 735-i müsbət nəticələnib.

Seçilən
54
4
publika.az

5Mənbələr