AZ

Mərakeşdə növbəti qızıl yatağı aşkar edilib

ain.az bildirir, Azertag portalına istinadən.

Bakı, 18 sentyabr, AZƏRTAC

Kanadanın “Aya Gold & Silver” şirkəti Mərakeşin şərqindəki Tingir əyalətində əsas Bumedyen layihə qurşağının qərbində, Assiram sahəsində yeni qızılla zəngin yatağın aşkarlandığını elan edib.

AZƏRTAC xəbər verir ki, şirkət qazma nəticələrinin yüksək ehtimal ilə perspektivli ehtiyatların mövcud olmasının göstərdiyini təsdiq edib.

Rəsmi açıqlamada şirkət təsdiq edib ki, bu yaxınlarda aparılan qazma əməliyyatları səkkiz kilometrdən çox uzanan qızıl tərkibli minerallaşma müəyyən edib. Səth nümunələri 1 tona 12,2 qram qızıl və 4,1 faiz mis konsentrasiyası göstərib ki, bu da regionda geoloji kəşfiyyat üçün yeni perspektivlər açan “keyfiyyətli irəliləyiş” adlandırılıb, - deyə Mərakeşin “Akhbarona” onlayn qəzeti yazır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
54
2
azertag.az

3Mənbələr