Varşavada hökumət binaları üzərində icazəsiz şəkildə dron uçuran ukraynalı Polşadan deportasiya edilib.
Publika.az xəbər verir ki, bu barədə “Onet” məlumat yayıb.
“Belveder sarayı üzərində pilotsuz uçuş aparatı idarə edən ukraynalıya qarşı hava hərəkəti qaydalarını pozmaq ittihamı irəli sürülüb. O, deportasiya tələbi ilə sərhədçilərə təhvil verilib”, - məlumatda deyilir.
Xatırladaq ki, bu həftə Polşa prezidentinin iqamətgahı üzərində uçan pilotsuz uçuş aparatı məhv edilib. Daha sonra bildirilib ki, məsələ ilə bağlı 21 yaşlı Ukrayna vətəndaşı və 17 yaşlı belaruslu qız saxlanılıb. Qızın bir neçə gün əvvəl Polşaya gəldiyi, ukraynalının isə 8 ildir ki, Polşada olduğu müəyyən edilib.
Ukraynalı dörd min zloti (təxminən 940 avro) cərimələnib. Onun Polşaya və digər Şengen zonası ölkələrinə 5 il müddətinə girişinə qadağa qoyulub. Onunla birlikdə saxlanılan 17 yaşlı belaruslu qız isə sərbəst buraxılıb.