AZ

Məşhur aktyor pəncərədən yıxıldı - Reanimasiyaya yerləşdirildi

Rusiyanın Lensovet Teatrının aktyoru İlya Del pəncərədən yıxılıb.

Publika.az xəbər verir ki, Bu barədə "TASS"a ona yaxın mənbə məlumat verib.

Agentliyin mənbəsi aktyorun pəncərədən yıxılaraq onurğasından zədə aldığını bildirib. Məlumata görə, Del xəstəxanaya yerləşdirilib, hazırda reanimasiyadadır.

Xatırladaq ki, aktyor aprelin 12-də də ağır vəziyyətdə Sankt-Peterburqda xəstəxanaya yerləşdirilmişdi. Həmin vaxt 40 yaşlı aktyorun 26 yaşlı partnyoru - aktrisa Aleksandra Drozdova tərəfindən bıçaqlandığı məlum olmuşdu. Aktyor döş qəfəsindən bir neçə bıçaq xəsarəti almışdı. Del bunu “sevgililər arasında adi dava” adlandırmış və aktrisanı hüquq-mühafizə orqanlarına şikayət etməmişdi.

Seçilən
15
publika.az

1Mənbələr