AZ

UEFA Çempionlar Liqasında daha 6 qarşılaşma baş tutub - "Qarabağ"ın rəqibi evdə uduzub

UEFA Çempionlar Liqasının qrup mərhələsinin I turu çərçivəsində daha altı qarşılaşma baş tutub.

BAKU.WS xəbər verir ki, "Qarabağ"ın rəqibi olan Niderland təmsilçisi "Ayaks" ev oyununda İtaliyanın "İnter" komandası ilə üz-üzə gəlib və məğlubiyyətlə üzləşib.

Fransanın PSJ klubu isə doğma meydanda İtaliya təmsilçisi "Atalanta"ya qarşı inamlı qələbə qazanıb.

Günün digər maraqlı qarşılaşmalarından biri İngiltərənin "Liverpul" və İspaniyanın "Atletiko" komandaları arasında olub. "Anfield" stadionunda baş tutan oyunda meydan sahibləri üstün olub. Almaniyada keçirilən "Bavariya" – "Çelsi" duelində isə meydan sahibləri rəqibini üç cavabsız qolla məğlub edib.

Aşağıda günün bütün nəticələri təqdim olunur:

UEFA Çempionlar Liqası

Liqa mərhələsi

I tur

"Olimpiakos" (Yunanıstan) - "Pafos" (Kipr) – 0:0

"Slaviya" (Çexiya) - "Budyo Qlimt" (Norveç) – 2:2

PSJ (Fransa) - "Atalanta" (İtaliya) – 4:0

"Bavariya" (Almaniya) - "Çelsi" (İngiltərə) – 3:1

"Liverpul" (İngiltərə) - "Atletiko" (İspaniya) – 3:2

"Ayaks" (Niderland) - "İnter" (İtaliya) – 0:2

Seçilən
42
1
far.az

2Mənbələr