AZ

Şəhzadə Atatürkün məzarını ziyarət etdi - Dırnaqları diqqət çəkdi - FOTO

Yaponiya şahzadəsi Akiko Mikasa Türkiyəyə səfəri çərçivəsində Anıtkabiri ziyarət edib.

Day.Az Milli.Az-a istinadən xəbər verir ki,  Anıtkabirə gələn şahzadə Mustafa Kamal Atatürkün məqbərəsinə əklil qoyub və bir dəqiqəlik sükutla yad edib.

Daha sonra Milli Pakt Qülləsinə keçərək Anıtkabir Xüsusi Kitabını imzalayıb.

Ziyarət zamanı qırmızı və ağ rəngli dırnaq bəzəkləri ilə diqqət çəkən Akiko Mikasanın manikürü sosial mediada müzakirə olunub. Onun dırnaqlarında Türkiyə və Yaponiya bayraqlarının simvolları əks olunub.

Ziyarət zamanı şahzadəni mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy da müşayiət edib.

  • Şəhzadə
  • Şəhzadə
  • Şəhzadə
  • Şəhzadə
  • Şəhzadə
  • Şəhzadə
  • Şəhzadə
  • Şəhzadə
Seçilən
40
2
day.az

3Mənbələr