AZ

Trampın Netanyahudan narazılığı artır, amma...

ABŞ prezidenti Donald Tramp atəşkəs danışıqlarından yayınaraq Fələstinin HƏMAS hərəkatına qarşı hərbi əməliyyatları davam etdirdiyinə görə İsrailin baş naziri Benyamin Netanyahunun hərəkətlərindən narazıdır. Olaylar/az xəbər verir ki, məlumatı mənbələrə istinadən The Wall Street Journal (WSJ) yayıb.

Mənbələrə görə, xüsusilə İsrailin Qətərə zərbə endirməsindən sonra Trampın narazılığı daha da artıb. Müşavirləri ilə danışan Amerika lideri Netanyahunun onu ələ saldığını deyib.

Qəzet qeyd edir ki, Tramp narazılığına baxmayaraq, İsrailə qarşı sərt tədbirlər görməkdən çəkinir. Nəşr bunu Trampla Netanyahu arasında yaxşı şəxsi münasibətlərlə əlaqələndirir. Adı açıqlanmayan bir neçə ABŞ rəsmisi The Wall Street Journal-a deyib ki, Tramp İsrailin baş naziri ilə isti münasibəti ilə fəxr edir və onu korlamaq istəmir. Amerika lideri həmçinin İsrail və Səudiyyə Ərəbistanı arasında diplomatik münasibətlərin qurulmasına sadiqdir və bunu əsas diplomatik məqsəd hesab edir.

Wall Street Journal daha əvvəl İsrailin Dohaya zərbəsindən sonra Trampın Netanyahu ilə gərgin telefon danışığı apardığını yazmışdı. Qəzetin yazdığına görə, Tramp hücumla bağlı məlumatı İsraildən deyil, Amerika hərbçilərindən öyrənməsindən narazı qalıb. Tramp Netanyahuya yəhudi dövlətinin Qəzza zolağında hərbi əməliyyatı dayandırmaq üçün danışıqlarda vasitəçilik edən ABŞ-ın müttəfiqinin ərazisinə hücum etdiyinə diqqət çəkib. Netanyahu isə ona zərbə endirmək üçün "kiçik fürsət pəncərəsi" yarandığı və  bundan istifadə etmək məcburiyyətində olduğunu deyib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
31
1
olaylar.az

2Mənbələr