Sentyabrın 18-də Suriyanın xarici işlər naziri Əsəd əl-Şeybani ABŞ-ın ölkəsinə qarşı sanksiyalarının qalan hissəsinin ləğvi ilə bağlı danışıqlar aparmaq üçün ABŞ-a səfər edəcək. Bu barədə “İzvestiya.ru” “Axios”a istinadən məlumat yayıb.
“Suriya xarici işlər naziri Əsəd əş-Şeybani cümə axşamı Kapitoli təpəsində Suriyaya qarşı qalan sanksiyaların birdəfəlik ləğvi ilə bağlı danışıqlar aparmaq üçün Vaşinqtona səfər edəcək”, - nəşr yazıb.
Qeyd olunur ki, bu, Suriya XİN rəhbərinin 25 ildən artıq müddətdə ABŞ-a ilk səfəri olacaq.
Bundan əvvəl, avqustun 25-də ABŞ Maliyyə Nazirliyi Suriyaya qarşı sanksiyaların ləğvi ilə bağlı yekun qərarını dərc edib. Bu tədbir ölkədə fövqəladə vəziyyətin ləğvi və ABŞ-ın Suriya ilə bağlı siyasətində əlavə dəyişiklikləri əks etdirir.
P.Əmircanov
XQ