AZ

Asiya İnkişaf Bankı 2,19 milyon dollarlıq layihəni təsdiqləyib - Ölkələr arasında Azərbaycan da var

BAKI, 18 sentyabr. TELEQRAF

Asiya İnkişaf Bankı (AİB) özünün “Özəl sektor əməliyyatlarında inkişaf təsirinin dərinləşdirilməsi” adlı 2 milyon 190 min ABŞ dolları dəyərində regional texniki yardım layihəsini təsdiqləyib.

Teleqraf xəbər verir ki, layihə Azərbaycan, Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Türkiyə və Özbəkistan da daxil olmaqla 43 ölkəni əhatə edir.

Proqramın əsas məqsədi AİB-ə üzv ölkələrdə özəl sektorun inkişafını gücləndirməkdir. Bunun üçün bank qida təhlükəsizliyi, rəqəmsal bölünmənin aradan qaldırılması, dayanıqlı enerji sistemlərinin qurulması və iqlim dəyişikliyinə qarşı davamlılığın artırılmasına dəstək verməyi hədəfləyir.

Proqramın əsas nəticələri belə müəyyənləşdirilib:

- Yüksək təsirli özəl sektor investisiyalarını təşviq etmək üçün layihə portfelinin gücləndirilməsi və layihə dizaynının təkmilləşdirilməsi;

- İnkişaf təsirini təmin etmək üçün özəl sektor layihələrinin icrasının təkmilləşdirilməsi;

- İnkişaf təsirinə dair qiymətləndirmə və bilik mübadiləsinin özəl sektor vasitəsilə gücləndirilməsi;

Seçilən
19
teleqraf.com

1Mənbələr