AZ

Nizami rayonunda evdə yanğın baş verib

Bakı, 18 sentyabr, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, Pəhlivan Fərzəliyev küçəsində yerləşən evdə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.

Bu barədə AZƏRTAC-a FHN-in İctimaiyyətlə əlaqə idarəsindən bildirilib.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub. Hazırda yanğınla mübarizə tədbirləri davam edir.

Əlavə məlumat veriləcək.

Seçilən
14
12
azertag.az

10Mənbələr