AZ

Trampın əlində bitkoin tutan qızıl heykəli ucaldılıb

Reyting.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Vaşinqtonda, Kapitoli yaxınlığında ABŞ prezidenti Donald Trampın əlində bitkoin olan qızıl heykəl ucaldılıb.Reyting.az xəbər verir ki, bu, Federal Ehtiyat Sisteminin bu il faiz dərəcəsini 4,3 faizdən 4,1 faizə endirmək barədə ilk qərarını xatırlamaq üçün edilib. “WJLA”nın məlumatına görə, Mərkəzi Bank ötən il iş yerlərinin artımının yavaşlaması və işsizliyin artması ilə bağlı narahatlıqlar səbəbindən faiz dərəcələrini üç dəfə azaldıb.Hündürlüyü 3,5 metrdən çox olan heykəl kriptovalyuta investorlarından ibarət kollektiv tərəfindən maliyyələşdirilib. Təşkilatçılar bildirirlər ki, bu quraşdırma rəqəmsal valyutanın gələcəyi, pul siyasəti və federal hökumətin maliyyə bazarlarında rolu ilə bağlı müzakirələrə səbəb olmaq məqsədi daşıyır.“Quraşdırma hökumət tərəfindən buraxılan valyutanın gələcəyi ilə bağlı müzakirələrə səbəb olmaq üçün nəzərdə tutulub və müasir siyasətlə maliyyə innovasiyalarının kəsişməsinin simvoludur. Federal Ehtiyat Sistemi iqtisadi siyasəti formalaşdırdığı üçün ümid edirik ki, bu heykəl kriptovalyutanın artan təsiri üzərində əksini stimullaşdıracaq”, - Kripto investorlar kollektivinin nümayəndəsi Hixem Zagdoudi bildirib.Xatırladaq ki, 2025-ci ilin aprelində Tramp Tramp Beynəlxalq Qolf Klubunda özünəməxsus heykəlini açıb. Heykəl “Müdafiə abidəsi” adlandırılıb.ELÇİN

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
15
1
reyting.az

2Mənbələr