AZ

BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Azərbaycana səfəri barədə paylaşım edib

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan öz sosial media hesabında Azərbaycana səfəri və Prezident İlham Əliyevlə görüşü barədə paylaşım edib.

Moderator.az xəbər verir ki, Azərbaycan dilində edilən paylaşımda deyilir:

"Mən Birləşmiş Ərəb Əmirlikləri və Azərbaycan arasında inkişaf edən ikitərəfli münasibətləri nəzərdən keçirmək məqsədilə Qarabağda Zati-aliləri Prezident İlham Əliyevlə görüşməkdən məmnun oldum. Biz bu yaxınlarda imzalanmış Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişinin verdiyi imkanlardan faydalanaraq, iqtisadi inkişafı sürətləndirməyə, ortaq imkanlar yaratmağa, regional və qlobal sülh və sabitliyi dəstəkləməyə yönəlmiş əməkdaşlığın yeni istiqamətlərini araşdırdıq".

 

 

Seçilən
60
37
moderator.az

10Mənbələr