AZ

Övladlarımızı pedofillərdən necə qoruyaq? - VİDEO

“Zümrüdlə addım-addım” layihəsinin növbəti buraxılışında jurnalist Zümrüd Rüstəmova və ailə-uşaq psixoloqu Aynur İsmayılova valideyn-övlad münasibətləri və uşaqların təhlükəsizliyi mövzusunda fikir mübadiləsi aparıblar.


Psixoloq bildirib ki, pedofil şəxslər çox vaxt özlərini gizlədir və uşaq mühitində rast gəlinə bilir. Onun sözlərinə görə, yad adamların uşaqlara “atanı tanıyıram, gəlin gedək” deməsi, konfet təklif etməsi və ya həddən artıq yaxınlıq göstərməsi valideynlər üçün xəbərdarlıq siqnalı olmalıdır.

İsmayılova vurğulayıb ki, valideynlər uşaqlara aydın şəkildə izah etməlidirlər: yalnız ata-ana onların şəxsi qayğısını göstərə bilər, hər hansı yad adamın onları aparmaq və ya toxunmaq istəyi isə dərhal valideynə bildirilməlidir.

Mütəxəssis əlavə edib ki, uşaqlara “yalan danışma” kimi qadağa ifadələri deyil, “mən bilirəm ki, sən həqiqəti deyəcəksən” kimi təsdiqedici yanaşma göstərilməlidir. Bu, həm uşağın psixoloji inkişafına, həm də ailədə etibar mühitinin formalaşmasına xidmət edir.



Seçilən
12
manset.az

1Mənbələr