AZ

Paytaxtda yollara nəzarət gücləndirildi - VİDEO

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) paytaxta giriş-çıxış yollarında fasiləsiz hərəkətin təmin edilməsi məqsədilə davamlı tədbirlər həyata keçirir.

Bu barədə News24.az-a BDYPİ-dən məlumat verilib.

Bildirilib ki, Baş Dövlət Yol Polisi İdarəsi paytaxtda və paytaxtın giriş-çıxış yollarında nəqliyyatın hərəkət intensivliyini nəzərə alaraq yollarda sıxlıqların qarşısının alınması və hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə xidməti nəzarəti gücləndirib:

"Xüsusilə günün pik saatlarında əlavə yol-patrul naryadları xidmətə cəlb olunub, hərəkət axınının tənzimlənməsi, dayanma-durma qaydalarının pozulmasının qarşısının alınması istiqamətində davamlı tədbirlər həyata keçirilir.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha bütün hərəkət iştirakçılarını qaydalara ciddi riayət etməyə, yol polisi əməkdaşlarının tələblərinə hörmətlə yanaşmağa çağırır və xatırladır ki, bu, hər kəsin təhlükəsizliyinin təmin olunmasına xidmət edir".


Seçilən
70
2
news24.az

10Mənbələr