Polşanın Baş nazirinin müavini və müdafiə naziri Vladislav Kosinyak-Kamış nümayəndə heyəti ilə birlikdə Kiyevə səfər edib.
Axar.az xəbər verir ki, bu barədə Polşa Müdafiə Nazirliyi X hesabında paylaşım edib.
O, Ukrayna tərəfi ilə hərbi əməkdaşlıq, ölkənin müdafiəsinə əlavə dəstək və Rusiya təcavüzü fonunda təhlükəsizlik vəziyyətini müzakirə edəcək.