AZ

“Vərəm xəstəliyi ilə bağlı göstəricilər son illər əhəmiyyətli dərəcədə azalıb”

Xalqcebhesi portalından alınan məlumata görə, ain.az xəbər verir.

“Azərbaycanda vərəm xəstəliyi ilə bağlı göstəricilər son illər ərzində əhəmiyyətli dərəcədə azalıb. Əgər 2015-ci ildə vərəm ilə xəstələnmə göstəricisi 41,1 idi (hər 100000 əhaliyə), 2024-cü ildə bu göstərici azalaraq 25,7 olub. İlkin vərəmli xəstələrin sayı, 2015-ci ildə - 3989 nəfər olduğu halda, 2024 ildə ilkin vərəm xəstələrin sayı 2617 nəfər təşkil edib. İlkin vərəmli xəstələr arasında kişi və qadınların faizlə nisbəti - 1/3 qadınların payına düşdüyü zaman 2/3- ü kişiləri əhatə edib. Bu da dünyada olan statistik rəqəmlərə uyğundur”.

Bunu “Xalq Cəbhəsi”nə Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutundan bildirilib.

Qeyd edilir ki, Azərbaycanda ağciyərdən kənar vərəmli xəstələrin sayı da 10 il müddətində kəskin azalıb: “Ağciyərdən kənar vərəm xəstələrin sayı 882 nəfər olan halda, 2024-cü ildə 587 nəfərə qədər azalıb. Son illər uşaq və yeniyetmələr arasında vərəm ilə xəstələnmə göstəriçiləri də azalma müşahidə olunur. 2015 ildə Azərbaycanda xəstəlik göstəricisinin yeni və təkrar xəstələr arasında (hər 100 000 əhaliyə) dinamikası azalaraq 2015-ci ildə qeydiyyata götürülənlərin sayı 7501 nəfərdən 2024-cü ildə 2622 nəfərə qədər azalıb və 4879 nəfər təşkil edib. Vərəmdən ölənlərin sayı son 10 ildə 378 nəfərdən 2 dəfə azalaraq 200 nəfər təşkil edib. Həssas vərəmli xəstələrin uğurlu müalicə göstəriciləri yüksələrək 82,5 % -ə çatıb. Buna da səbəb yeni qısaldılmış müalicə sxemlərinin tətbiqidir”.

Məlumatda eləcə də deyilir ki, dərmana davamlı xəstələrin aşkarlanması daha da yüksəlmiş və müalicəyə qoşulma mexanizmi tezləşdirilib: “Əgər 2015-ci ildə qeydiyyata alınmış xəstər arasında Rifampisinə davamlı ilkin xəstələrin sayı 338 nəfər olaraq 13,2% təşkil etmişdirsə, 2024-cü ildə bu göstərici 164 olaraq 10,3% qədər azalıb. Vərəmlə Mübarizə Xidmətinin səmərəliliyi illər ərzində əhəmiyyətli dərəcədə artıb. Belə ki, dərmanlara davamlı vərəm forması olan xəstələrin müalicə uğuru 2015-ci ildə 59% təşkil edirdisə, 2024-cü ildə bu göstərici 67%-ə çatıb. Vərəm xəstələrinin müəlicəsi Dövlət Proqramı ilə dəstəklənir. Azərbaycanın hər bir vətəndaşı Vərəm xəstəliyinin müayinə və müalicəsini tam ödənişsiz, dövlət hesabına əldə edə bilir”.

Röya İsrafilova

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
15
icma.az

1Mənbələr