AZ

"Sağlam Qaraciyər – Sağlam Həyat Naminə Maarifləndirmə” layihəsi çərçivəsində ilk tədbir keçirildi

17 sentyabr 2025-ci il tarixində Yeni Klinikanın akt zalında Azərbaycan Respublikası Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə Azərbaycan Hepato-Pankreato-Biliar Cərrahlar İctimai Birliyi tərəfindən "Sağlam Qaraciyər - Sağlam Həyat Naminə Maarifləndirmə" layihəsi çərçivəsində ilk tədbir keçirildi.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olundu. Daha sonra ictimai birliyin sədri Eldar Əhmədov iştirakçılara müraciət edərək layihənin məqsədləri barədə məlumat verdi. Layihə haqqında təqdimat və videoçarx nümayiş etdirildi.

Daha sonra elmi-praktik sessiyalar davam etdi. Dr. İntizar Məmmədova "Qaraciyər transplantasiyası - ikinci şans, gözləmə siyahısına yazılmaq üçün nə etməliyəm" mövzusunda təqdimatla çıxış etdi. Dietoloq Gülnar Abdullayeva qaraciyərin qorunmasında qidalanmanın rolunu, İnfeksionist Mədinə Abdullayeva isə Hepatit C mövzusu haqqında fikirlərini iştirakçılarla bölüşdü.

Tədbirin əsas məqsədi gənclərdə sağlam həyat tərzini təşviq etmək, qaraciyər xəstəliklərinin qarşısını vaxtında almaq və cəmiyyətin məlumatlılığını artırmaq idi.

Seçilən
32
7
sabahinfo.az

8Mənbələr