AZ

Astronomlar nadir Eynşteyn xaçı kəşf etdi: Bu nədir və niyə unikaldır?

Qaynarinfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

Ratqers Universitetinin (ABŞ) astrofizikləri nadir kosmik hadisə olan "Eynşteyn xaçı"nı qeyri-adi formada müşahidə ediblər. Adətən bu optik illüziya dörd işıq nöqtəsindən ibarət olur, lakin bu dəfə alimlər beş görüntü aşkarlayıblar. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Phys.Org" məlumat yayıb.

"Eynşteyn xaçı" uzaq qalaktikadan gələn işığın, onun qarşısında yerləşən qalaktikaların cazibə qüvvəsi ilə əyilərək dördqat təsvir yaratması ilə formalaşır. Lakin bu dəfə əlavə beşinci görüntü tədqiqatçıları təəccübləndirib. Kompüter modelləşdirilməsi göstərib ki, bu, böyük və gizli qaranlıq materiya halosu ilə əlaqədardır.

Ratqers Universitetinin professoru Endryu Beyker bildirib: "Qaranlıq maddəni birbaşa görə bilmirik, ancaq onun işığı əyməsindən və digər təsirlərindən xəbərdar oluruq. Bu kəşf bizə bu görünməz strukturu daha detallı öyrənmək imkanı verir".

İlk müşahidə Fransanın Alp dağlarındakı "Northern Extended Millimeter Array" (NOEMA) radioteleskop kompleksi ilə aparılıb. Fransız alim Pyer Koks qeyd edib:

"Biz şoka düşmüşdük. Bu, xaça bənzəyirdi, amma mərkəzdə əlavə bir təsvir var idi. Heç vaxt belə bir şey görməmişdim".

Daha sonra Çilidəki ALMA teleskopları ilə aparılan müşahidələr nəticəni təsdiqləyib. Uzaq HerS-3 adlı qalaktikadan gələn işıq dörd yox, beş nöqtəyə bölünmüşdü. Əvvəlcə alimlər bunun texniki xətadan qaynaqlandığını düşünsələr də, əlavə təsvir hər dəfə yenidən ortaya çıxıb.

Alimlərin fikrincə, gələcək müşahidələr zamanı qalaktikadan qaz sızması kimi digər xüsusiyyətlər də aşkar edilə bilər. Əgər bu proqnoz təsdiqlənsə, mövcud nəzəri modellər üçün güclü sübut olacaq.

Astrofizik Çarlz Kiton isə bildirib: "Əgər dediklərimiz müşahidə ilə təsdiqlənməsə, hər şeyi yenidən nəzərdən keçirməli olacağıq. Elm də məhz belə işləyir".

Aydın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
27
qaynarinfo.az

1Mənbələr