AZ

ADU Macarıstanda Azərbaycan dilinin tədrisinə başlayıb

Ayna saytına istinadən ain.az xəbər verir.

Dərsə qatılan macar tələbələr Azərbaycan dilinə, tarixinə və zəngin mədəniyyətinə böyük maraq göstəriblər

Macarıstanın ən qədim ali təhsil ocaqlarından biri olan Eötvös Lorand Universitetində (ELTE) Azərbaycan dili fənnindən ilk dərs keçirilib. Bu, Macarıstanda ali təhsil müəssisəsində Azərbaycan dilinin tədrisinin başlanması baxımından mühüm hadisədir. Dərs Azərbaycan Dillər Universiteti (ADU) ilə ELTE arasında imzalanmış əməkdaşlıq çərçivəsində yaradılmış Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin təşəbbüsü ilə təşkil olunub. AYNA.AZ xəbər verir ki, bu barədə ADU-dan bildirilib.

Qeyd olunub ki, ilk dərsi Azərbaycan dili müəllimi Fərqanə Bayramlı aparıb. Dərsə qatılan macar tələbələr Azərbaycan dilinə, tarixinə və zəngin mədəniyyətinə böyük maraq göstəriblər. Onlar dilimizi öyrənmək və Azərbaycan mədəniyyətini yaxından tanımaq istəklərini xüsusi vurğulayıblar.

Bu təşəbbüs yalnız iki ölkə arasında təhsil və mədəniyyət əlaqələrinin güclənməsinə deyil, həmçinin xalqlarımız arasında dostluq və əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət edir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
25
3
ayna.az

4Mənbələr