AZ

Azərbaycan və Türkiyə Mərkəzi Bankları təcrübə müzakirəsi aparıb

Azərbaycan və Türkiyənin Mərkəzi Bankları arasında beynəlxalq təcrübənin tətbiqi müzakirə edilib.Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan tərəfi məlumat yayıb. Bildirilib ki, Azərbaycan Mərkəzi Bankının (AMB) nümayəndə heyəti Türkiyə Mərkəzi Bankında işgüzar səfərdə olub. Səfər çərçivəsində keçirilmiş görüşlərdə AMB-nin büdcə planlaması və onun idarə edilməsi, Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə innovasiyaların tətbiqi və daxili nəzarətin təkmilləşdirilməsi kimi sahələr üzrə interaktiv təqdimatlar ətrafında geniş fikir mübadiləsi aparılıb.

Görüşdə həmçinin beynəlxalq təcrübələrin tətbiqi, mövcud və yenilənmiş sistemlərdən istifadənin effektivliyi və digər ikitərəfli maraq doğuran mövzular ətrafında faydalı və konstruktiv müzakirələr keçirilib.

Seçilən
14
1
metbuat.az

6Mənbələr