AZ

Estoniyada iki həftəlik NATO təlimləri başlayır

Estoniyada NATO üzvü olan ölkələrin hərbçilərinin iştirak etdiyi Pikne (İldırım) təlimi başlayıb və iki həftə davam edəcək.

QHT.az xəbər verir ki, Bu barədə Estoniya Milli Yayım Şirkəti (ERR) Estoniya Müdafiə Qüvvələrinə istinadən məlumat yayıb.

Manevrlərdə ABŞ, Böyük Britaniya, Fransa, Kanada, Latviya və Estoniyadan olan quru, hava və dəniz birləşmələrindən 3000-ə yaxın hərbi qulluqçu iştirak edəcək. Əsas əməliyyatlar Baltikyanı respublikanın şimal, qərb və şərq hissələrində aparılacaq. Təlimlər zamanı alyansın bölmələri potensial münaqişə zonasına sürətli qüvvələrin yerləşdirilməsi və təhdidlərə birgə mübarizə aparacaq.

İdarədən qeyd olunub ki, təlimlər müdafiə xarakterli təlim xarakteri daşıyır.

 

R.İmanov

Seçilən
11
1
qht.az

10Mənbələr