AZ

Kişi olmadığını məhkəmədə sübut edəcək

Fransa Prezidenti Emmanuel Makron və həyat yoldaşı Bricit Makron ölkənin birinci xanımının qadın olmasını məhkəmədə sübut etmək niyyətindədirlər.

Publika.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, bu barədə Makron ailəsinin vəkili Tom Kler “BBC”nin “Fame Under Fire” podkastında danışıb.

Onun sözlərinə görə, cütlük məhkəməyə Bricit Makronun bioloji olaraq qadın olmasına dair foto və elmi sübutlar təqdim etməyi planlaşdırırlar.

Kler qeyd edib ki, ölkənin birinci xanımı məsələni həll etmək üçün mümkün olan hər şeyi etməyə hazırdır.

Seçilən
34
1
publika.az

8Mənbələr