AZ

Devid Bekhemin rekordunu qırdı

Unikal.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Almaniyanın "Bavariya" komandasının və İngiltərə yığmasının hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasının ilk turunda "Çelsi"yə 2 qol vurmaqla ingilis futbolçular arasında yeni rekordu müəyyənləşdirib.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, 32 yaşlı forvard vurulan qolların sayına görə ÇL-nin ən yaxşı ingilis futbolçuları reytinqində birinci yeri tutub.

58 oyunda Keyn 53 xal (42 qol, 11 məhsuldar ötürmə) toplayıb. Bununla da o, “Mançester Yunayted” və “Real Madrid”in keçmiş yarımmüdafiəçisi Devid Bekhemin (52 xal, 16+36) rekordunu qırıb.

“Bavariya” – “Çelsi” oyunu Münxen klubunun 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
21
5
unikal.az

6Mənbələr