AZ

Türkiyə S-400-ləri Rusiyaya geri qaytarır? - Rəsmi

Türkiyəyə tədarük edilən Rusiyanın S-400 zenit-raket kompleksləri ordunun xidmətində qalır və onlarla bağlı mövqedə heç bir dəyişiklik olmayıb.

Gundem.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmisi jurnalistlərə açıqlamasında deyib.

“S-400 hava hücumundan müdafiə sistemləri hələ də silahlı qüvvələrimizdə xidmətdədir. S-400 ilə bağlı mövqeyimiz dəyişməz olaraq qalır”, - nazirlik rəsmisi vurğulayıb.

Qeyd edək ki, Rusiyanın 2019-cu ildə Ankaraya satdığı S-400 zenit-raket komplekslərini Türkiyədən alıb, başqa ölkəyə satmaq istədiyi barədə məlumat yayılmışdı.

Seçilən
5
1
gundem.az

3Mənbələr