Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Bizim.Media xəbər verir ki, toplantıda Misli Premyer Liqasında IV turun “İmişli” – “Sumqayıt” oyununda yaşanan hadisə ilə bağlı qərar açıqlanıb. Matçın 67-ci dəqiqəsində heyətində adı protokolda olmayan İbrahim Əliyevi meydana buraxan “İmişli”yə 0:3 hesablı texniki məğlubiyyət verilib.
Premyer Liqanın debütantı həmçinin 5000 manat cərimə olunub.
Bundan başqa heyətində 5 nəfər sarı vərəqə aldığı üçün “İmişli” əlavə 700 manat cərimə ödəməli olacaq. Matçın 90+4-cü dəqiqəsində Rafael Vieqaş təcavüzkar davranışa (rəqibi ayaqla vurduğuna) görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyunluq cəzalanıb, “İmişli”ni 3000 manat ziyana salıb.
“Sumqayıt” isə azarkeşləri tərəfindən kütləvi şəkildə hakimlərin ünvanına təhqiramiz ifadələr səsləndirildiyinə görə 5000 manat cərimələnib.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta