AZ

"Mingəçevir"in mövsümdəki ilk qolunun müəllifi geridönüşü dəyərləndirdi

Futbol üzrə Azərbaycan 1-ci Liqasının 2-ci turunda Şamaxıda "Cəbrayıl" ilə üz-üzə gələn "Mingəçevir" 3:1 hesablı qələbə qazandı. İlk turda qonaq qismində "Səbail"ə uduzan "işıqçılar"ın yeni mövsümdəki ilk qoluna isə matçın 28-ci dəqiqəsində Qurban Səfərov imza atdı. Sözügedən hücumçu ilə əlaqə saxlayıb oyunu dəyərləndirməsini istədik.

21 yaşlı futbolçunun Fanat.Az-a verdiyi açıqlamanı təqdim edirik:

"Matça yaxşı hazırlaşmışdıq. Oyun bizim üçün çətin alındı. Matçın başlanğıcında hesabda geri düşdük. Sonradan hesabı bərabərləşdirdik və vacib olan qələbəni qazandıq. Ola bilər ki, hələ oyunumuz istədiyimiz kimi alınmır, amma zamanla hər şey düzələcək. Yeni yığılmış komandayıq. Nəticələr gəldikcə oyunumuz da qaydasına düşəcək. Dediyim kimi, sıfırdan yığılmış komandayıq. Hər şeyin yaxşı olacağına inanıram. Növbəti oyunumuz evdə "Difai"yə qarşı keçirəcəyik. Azarkeşlərimizi oyuna səsləyirəm. Onların dəstəyi bizim üçün çox önəmlidir".

Nihat

Seçilən
20
1
fanat.az

2Mənbələr