"Alanyaspor" matçından sonra "Fənərbaxça"nın sosial media hesabında diqqəti çəkən paylaşım edilib.
Manset.az Türkiyə mediasına istiandən xəbər verir ki, Trendyol Super Liqasının ilk həftə təxirə salınan matçında Fənərbaxça , öz meydanında Alanyaspor ilə 2-2 bərabərə qaldı .
Qol dueli ilə keçən qarşılaşmada hakim qərarları mübahisələrə səbəb olub.
“Fənərbaxça”lı futbolçular, əsas vaxtda baş verən vəziyyətlərə etirazlarını xüsusilə dilə gətiriblər.
Fənərbaxça Klubu rəsmi X hesabında diqqət çəkən paylaşım edib. Klub mübahisəli mövqeləri əks etdirən videonu dərc edərək, postun altına “Hesablaşma vaxtıdır” yazıb.