AZ

Bu ilin 8 ayında 6 tona yaxın narkotik vasitə və psixotrop maddə müsadirə olunub

Cari ilin yanvar-avqust ayları ərzində narkomanlığa və narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələri Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən müqayisəli şəkildə təhlil edilərək ümumiləşdirilib.

İşçi Qrupundan Operativ Media-ya bildirilib ki, hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 5 min 874 cinayət faktı aşkarlanıb. Onlardan 1818-i narkotik vasitələrin qanunsuz satışı, 3 min 890-ı narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 164-ü narkotik tərkibli bitkilərin qanunsuz əkilib becərilməsi, 2-si bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub.

Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 5 ton 992 kiloqram 030,92 qram narkotik vasitələrin və psixotrop maddələrin 5 ton 306 kiloqram 678,863 qramını marixuana, 250 kiloqram 966,55 qramını heroin, 119 kiloqram 866,229 qramını tiryək, 60 kiloqram 593,938 qramını həşiş, 150 kiloqram 165,907 qramını digər narkotik vasitələr və 103 kiloqram 759,433 qramını psixotrop maddələr təşkil edib. Həmçinin göstərilən dövr ərzində 5 min 183 ədəd metadon, 16 min 363 ədəd çətənə bitkisi, eləcə də 588,2 qram, 95 həb, 39 kapsul güclü təsir edən maddə qanunsuz dövriyyədən götürülüb.

Hesabat dövründə Daxili İşlər Nazirliyinin təşkilatçılığı və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə 1041 hektar sahədən yaş kütləsi 294 ton 355 kiloqram olan 2 milyon 533 min 279 ədəd yabanı halda bitmiş narkotik tərkibli bitkilər müəyyən olunaraq müvafiq qaydada məhv edilib.

Qanunsuz dövriyyədən çıxarılmış 5 ton 992 kiloqram 030,92 qram narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 152 milyon 430 min manat kimi qiymətləndirilir.

Seçilən
20
14
operativmedia.az

10Mənbələr