AZ

8 ayda narkotiklə bağlı 5874 cinayət faktı aşkarlanıb

2025-ci ilin yanvar-avqust ayları ərzində hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 5874 cinayət faktı aşkarlanıb.

Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 5 ton 992 kq 030,92 qram narkotik vasitələrin və psixotrop maddələrin 5 ton 306 kq 678,863 qramını marixuana, 250 kq 966,55 qramını heroin, 119 kq 866,229 qramını tiryək, 60 kq 593,938 qramını həşiş, 150 kq 165,907 qramını digər narkotik vasitələr və 103 kq 759,433 qramını psixotrop maddələr təşkil edib. Həmçinin, göstərilən dövr ərzində 5183 ədəd metadon, 16363 ədəd çətənə bitkisi, eləcə də 588,2 qram, 95 həb, 39 kapsul güclü təsir edən maddə qanunsuz dövriyyədən götürülüb.

​​​​​​"Cebheinfo.az"

Seçilən
16
6
cebheinfo.az

10Mənbələr