AZ

ÇL: Azərbaycan təmsilçisi İspaniya klubunu məğlub etdi

Azərbaycanı minifutbol üzrə Çempionlar Liqasında təmsil edən “Aznur” komandası növbəti oyununa çıxıb.

Fanat.Az xəbər verir ki, G qrupunda yer alan kollektiv İspaniyanın “Ovyedo” klubu ilə qarşılaşıb. 

Görüş təmsilçimizin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Rəcəb Fərəczadənin başçılıq etdiyi komanda ötən gün "Hoverla Zak Praqa" (Çexiya) ilə heç-heçə edib – 1:1.

"Aznur" növbəti oyununu bu gün Qazaxıstan təmsilçisi "Almatı"ya qarşı keçirəcək. Matç saat 22:00-da başlayacaq. 


 

Seçilən
26
6
fanat.az

7Mənbələr