ain.az, Unikal.az portalına istinadən məlumat verir.
"İnter Mayami" futbolçusu Lionel Messi ilə yeni müqavilə imzalamağa hazırlaşır.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ təmsilçisi 38 yaşlı hücumçu ilə müqavilənin yeniləndiyini yaxın 2 həftə ərzində açıqlayacaq.
Qeyd edək ki, Lionel Messi 2023-cü ildən "İnter Mayami"də çıxış edir. Bu mövsüm o, MLS-də 21 oyun keçirib, 20 qol vurub və 9 məhsuldar ötürmə edib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.