AZ

Afət Həsənova Suraxanıda ağacəkmə aksiyasında iştirak etdi - FOTO

27 sentyabr - Anım Günü ilə əlaqədar Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Bülbülə qəsəbəsi, 32-ci Bülbülə küçəsində ağacəkmə aksiyası keçirilib.

Redaktor.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Afət Həsənova özünün feysbuk hesabında yazıb.

"Mən də həmən aksiyada iştirak etdim. Aksiyada Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Rayon İcra Hakimiyyəti başçısının müavinləri və aparatın əməkdaşları, qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndəliklərin və bələdiyyələrin əməkdaşları, rayonun idarə, müəssisə və təşkilatlarının nümayəndələri iştirak ediblər.

Azərbaycanın ərazi bütövlüyü uğrunda canını qurban vermiş 27 sentyabr - Vətən müharibəsi şəhidlərinin anım gününə ehtiram əlaməti olaraq təşkil edilən bu aksiya zamanı 500 ağac əkilib", - deyə millət vəkili qeyd edib.

T.İSMAYIL

22
Seçilən
9
2
redaktor.az

3Mənbələr